Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaban faciəsinin 31-ci ildönümü qeyd edilib.

07 aprel 2023 | 16:00
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və hadisə şahidləri iştirak edib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına ehtiramlarını bildiriblər. Daha sonra Ağdaban faicəsindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon 104 saylı tam orta məktəbin direktoru Qələndər Zeynalov, hadisə şahidləri Yaşar Məmmədov çıxış edərək bildirdi ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb.Bu gün ağdabanlılar Ağdaban kəndində faicə qurbanlarını yad edirlər.Eyni zamanda hadisə şahidləri bildiriblər ki, bu gün hər bir azərbaycanlı kimi onlarda şaddırlar, doğmalarının qisaslarını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və onun məğrur ordusuna minnətdardırlar. Tədbir iştirakçıları Ağdaban faciəsinin bütün bəşəriyyətə və insanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulamışdırlar.
Keçidlər