Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr edilmiş “ Gənclər və İdman dövlət siyasətinin əsas prioritetidir” mövzusunda keçirilən tədbir haqqında

24 iyul 2026 | 11:47

23 İyul 2026-cı il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Gəncə şəhəri,1500 ailəlik Yeni qəsəbə,Kəlbəcər rayon İncəsənət məktəbinin akt zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr edilmiş “Gənclər və İdman dövlət siyasətinin əsas prioritetidir” mövzusunda tədbir keçirilmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov açıq elan edərək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  yaradılmasının 32-ci ildönümü ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının  Kəlbəcər rayon  komitəsinin sədri Əli Bağırov, rayon 107 nömrəli tam orta məktəbin müəllimi Oktay Bağırov və ADAU İnnovasiya və Texnoloji Transfer Mərkəzinin direktoru Elvin Ağayev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin ölkədə gənclər və idman siyasətinin formalaşdırılmasında göstərdiyi tarixi xidmətlərdən,eləcə də Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs etdilər.

Çıxışlarda Gənclər və İdman Nazirliyinin fəaliyyətinin gənclərin hərtərəfli inkişafına, vətənpərvərlik ruhunda yetişdirilməsinə, sağlam həyat tərzinin təbliğinə və idmanın inkişafına verdiyi mühüm töhfələr xüsusi vurğulandı.

Sonda Kəlbəcər rayonu üzrə gənclər və idman sahəsində tədbirlərin keçirilməsində fəal iştirakına görə bir qrup şəxs Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edildilər.

Keçidlər