Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi Kəlbəcər rayonunda geniş formada qeyd olunub.
11 may 2023 | 09:58
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri,şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Ulu Öndərin həyatını əks etdirən fotoguşəyə baxış keçiriblər.
Daha sonra dövlət himni səsləndirilib.Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ümumilli liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəllalardan qutarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Tədbirdə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra tədbir Kəlbəcər rayon Uşaq İncəsənət məktəbi “Xalq Çalğı”alətləri ansanbılının konsert proqramı ilə davam edib.
Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.