Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 101 illik yubileyi Kəlbəcər rayonunda geniş formada qeyd olunub.

10 may 2024 | 14:47

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri,şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Kəlbəcər rayon Mədəniyyət sarayında Ulu Öndərin həyatını əks etdirən fotoguşəyə baxış keçirilib. Tədbirdə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ümumilli liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəllalardan qutarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.

YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Su-kanal idarəsinin rəisi Şaban Qurbanov və Gəncə Dövlət Universitetinin müəllimi Gülüstan Fərəcova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, onun Azərbaycanın bu günü və gələcəyi üçün qoyduğu siyasi idealogiyadan bəhs ediblər.

Tədbirdə vurğulanıb ki, Ümummilli Liderin əziz xatirəsi hər zaman yaşayacaq və onun adı, qoyduğu irs Azərbaycanla birlikdə çəkiləcəkdir.

Daha sonra tədbir Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

Yekunda Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində və rayonun ictimai-siyasi həyatında fəal rol oynayan bir qrup şəxs İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlanırılıb.

Keçidlər