Şriftin ölçüsü :

Saytın rəngi :

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 32 il ötür. Faciənin ildönümü ilə əlaqədar Kəlbəcər rayonunda anım tədbiri keçirilib.

26 fevral 2024 | 16:15
Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunub.
Çıxış edən natiqlər törədilmiş dəhşətli soyqrımın ağır nəticələrindən söhbət açaraq Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıblar, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıblar. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıblar.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb.
Keçidlər