Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşən Gəncə Şəhidlər xiyabanında 31 il əvvəl naməlum şəhid kimi dəfn edilmiş, kimliyi bir qədər əvvəl müəyyənləşdirilən Məmmədov Hafiz Qədim oğlunun məzarı abadlaşdırılıb.

12 iyun 2024 | 17:49
Kimliyi müəyyənləşdirilən Məmmədov Hafiz Qədim oğlunun məzarı abadlaşdırılıb.Bununla bağlı Gəncə Şəhidlər Xiyabanında tədbir keçirilib. Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri,şəhid ailələri, qazilər, Kəlbəcər rayonundan və Gəncə şəhərindən ictimayət nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra hərbi orkestrin müşayəti ilə dövlət himni səsləndirlib.Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidlərimizin qəhrəmanlıq səlnaməsindən söz açıb.Bildirib ki, bütün şəhidlərimizin ailələri, doğmaları bu gün dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.Onlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.Müzəffər Ali Baş Komandan və onun rəşadətli ordusu şəhidlərimizin qisasını alaraq onların ruhlarını şad etdilər.Onların qanı tökülən vətən torpağı bu gün azaddır və müqəddəs üç rəngli Azərbaycan bayrağı əzəli torpaqlarmızda dalğalanır.İllərlə gözləri yolda qalan şəhid ailələrinin nigarançılığına son qoyularaq naməlum əsgər kimi dəfn edilən şəhid qardaşlarımızın kimliyinin müəyyənləşdirilməsi və böyük ehtiramla dəfn edilməsi dövlət başçısının şəhid ailələrinə və şəhidinə qoyduğu diqqətin, ehtiramın bariz nümunəsidir.
Daha sonra çıxış edən şəhidin atası Qədim Məmmədov Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.Şəhidin atası qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində torpaqlarımız azad olundu, şəhidlərimizin qisası alındı.Onun kimi illərlə övladından xəbər gözləyən itkin ailələrinin ürəklərinə su səpildi.
Çıxış edən şəhid atası Muğan Şirinov, şəhidin qardaşı Ceyhun Məmmədov şəhid ailələri, doğmaları adından onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Məmmədov Hafiz Qədim oğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub.
İnşaat Mühəndisləri Universitetinin 5-ci kursunda təhsilini yarımçıq saxlayaraq 1992-ci ilin noyabr ayında hərbi təhsil almaq üçün Türkiyə Cümhuriyyətinə gedib. Leytenant Hafiz Məmmədov daha sonra cəbhəyə yollanıb.1993-cü il aprelin 4-dən 5-nə keçən gecə Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Onun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
Keçidlər