Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova torpağa tapşırılıb.
15 avqust 2024 | 17:38
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Zeynalova Təranə Davud qızı Bərdə rayon Şəhidlər xiyabanında dəfn edilib. Daha sonra hərbi orkestrin müşayəti ilə dövlət himni səsləndirlib, yaylım atəşi açılıb.
Şəhidin dəfnində Kəlbəcər və Bərdə Rayon İcra hakimiyyətinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Vida mərasimində çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidlərimizin qəhrəmanlıq səlnaməsindən söz açıb.Vurğulayıb ki, illərlə gözləri yolda qalan soydaşlarımızın gözünün yollardan kəsilməsi,öz doğmalarının məzarlarına, qalıqlarına qovuşması məhz tarixi zəfər nəticəsində mümükün olmuşdur.Bildirib ki, bütün şəhidlərimizin ailələri, doğmaları dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.Onlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.Müzəffər Ali Baş Komandan və qüdrətli ordusu şəhidlərimizin qisasını alaraq onların ruhlarını şad etdilər.Onların qanı tökülən vətən torpağı bu gün azaddır və müqəddəs üç rəngli Azərbaycan bayrağı əzəli torpaqlarmızda dalğalanır.İllərlə gözləri yolda qalan şəhid ailələrinin nigarançılığına son qoyularaq naməlum əsgər kimi dəfn edilən, cəsədləri tapılmayan qardaş və bacılarımızın kimliyinin müəyyənləşdirilməsi və böyük ehtiramla dəfn edilməsi dövlət başçısının şəhid ailələrinə və şəhidinə qoyduğu diqqətin, ehtiramın bariz nümunəsidir.
Daha sonra çıxış edən Bərdə rayon İcra Hakimiyyətini başçısı Vidadi İsayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə orumuzun göstərdiyi misilsiz qəhrəmanlığından, ölümün gözünə dik baxaraq vətəni naminə şəhadətə yürüyən şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan bəhs edib.Qeyd edib ki, bu gün ana və bacılarımızın ürəklərinə su səpilir, illərlə kaş bir məzar daşı olardı təsəllisi ilə yaşayan soydaşlarımızın nigarançılığına Müzəffər Ali Baş Komandan son qoydu.İtkin düşmüş hesab edilən, naməlum kimi dəfn edilən, işğaldan azad edilmiş torpaqlarda qalıqları tapılan və kimliyi müəyyənləşdirilən şəhidlərimizin ehtiamla dəfn edilməsi, şəhidlərimizə qoyulan hörmətin, onların valideynlərinə, doğmalarına olan ehtiramın bariz nüminəsidir.Eyni zamanda rayon rəhbəri vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə diqqət göstərir və dövlət səviyyəsində onlara xüsusi qayğı ilə yanaşılır.
Daha sonra çıxış edən şəhidin doğmaları Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.Onuda əlavə etdilər ki, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qisası alındı.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!