Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin problemlərinin yerində öyrənilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Masazır qəsəbəsi, Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir.

14 dekabr 2023 | 17:22
Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, uğurlu antiterror əməliyyatından, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Keçidlər