“Erkən nikah və hüquqi aspektlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
20 fevral 2026 | 09:59
Kəlbəcər rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayon RPŞ-nin rayon üzrə Təhsil Sektorunun və rayon üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Kəlbəcər rayon 55 nömrəli tam orta “Erkən nikah və hüquqi aspektlər” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Faiq Mehdiyev, Oqtay Cabbarov, Kəlbəcər rayon RPŞ-nin əməkdaşı Röyal Hümbətov, Kəlbəcər rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov və məktəbin şagirdləri iştirak edib.
Mövzu ətrafında çıxış edən natirlər diqqətə çatdırıb ki, erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif ciddi risklər yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Əlavə olaraq bildirilib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması, qanunlara əməl edilməsi və maariflənmənin gücləndirilməsidir.






