Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri və mübarizə yolları!” mövzusunda tədbir keçirilib.

17 dekabr 2025 | 14:53
Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları Faiq Mehdiyev, Nəsimi Muxtarov, Hikmət İsmayılov, Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin təşkilatçı işlər üzrə direktor müavini Müzəffər Orucov, Kəlbəcər rayon 9 və 10 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən natiqlər vurğulayıblar ki, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri cəmiyyətin və dövlətin aktual ailə problemlərindən biridir.Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir, Bu, erkən nikahla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq bu qadınlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər.Eyni zamanda erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında gənclərlə fikir mübadiləsi aparılıb bə bildiririlib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələdir.Belə halların qarşısı müvafiq dövlət qurumları tərəfindən alınır, vətəndaş olaraq əgər belə bir hallarla rastlaşarlarsa mütləq aidiyyatı dövlət qurumlarına məlumat verməyin zəruriliyi vurğulanıb.
Tədbirdə yuxarı sinif şagirdləri ilə narkotiklərin və digər zərərli vərdişlərin uşaqların və gənclərin həyatında törətdiyi fəsadlar haqqında geniş söhbətlər aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər