Fərdi və kollektiv şəkildə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının vətəndaş qəbulu həyata keçirilib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev RİH-in inzibati binasında vətəndaşlarla növbəti qəbulunu keçirib. Qəbulda rayon sakinləri, o cümlədən şəhid ailələri iştirak edib.Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Qeyd edək ki, keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində əməli addımlar atılır.