Şriftin ölçüsü :

Saytın rəngi :

Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin “Şuşa İli”nə həsr olunmuş konsert proqramı keçirilmişdir.

21 may 2022 | 11:49

Kəlbəcər rayon İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət idarəsi Kəlbəcər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin “Şuşa İli”nə həsr olunmuş konsert proqramı keçirilmişdir.
Konsertdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gəncə Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Kəlbəcər rayon hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Şuşa İli”nə həsr olunmuş konsert proqramında Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivi tərəfindən müxtəlif mahnılar, xor kollektivinin çıxışları maraqla izlənilib.

Keçidlər