Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon məktəblərinin direktor, müəllim və yuxarı sinif şagirdləri arasında “Narkomaniya və onun doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

09 iyun 2022 | 15:47

09 iyun 2022-ci il tarixdə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin akt zalında  Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon məktəblərinin direktor, müəllim və yuxarı sinif şagirdləri arasında “Narkomaniya və onun doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kəlbəcər RİH Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisi Musa Mamedov, Kəlbəcər rayon Həmkarlar İttifaqının sədri Əli Bağırov, YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov, Kəlbəcər RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla prafilaktik işin təşkili qrupunun inspektoru Elşən Həsənov, Kəlbəcər RMX-nın direktor köməkçisi Aytac Sadıqzadə, iştirak ediblər.
İlk öncə vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə "Narkomaniya və onun doğurduğu fəsadlar" mövzusunda Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisi Musa Mamedov, Kəlbəcər rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Elşən Həsənov, Kəlbəcər RMX-nın direktor köməkçisi Aytac Sadıqzadə çıxış edərək din, dil, milliyət və sərhədlər tanımayan narkomaniyanın ümumbəşəri bəla olmasından, bütövlükdə cəmiyyətə vurduğu ağır zərbələrdən, onun acı nəticələrindən, sağlam cəmiyyətin formaşalması üçün aparılan mübarizə vasitələrindən və eləcə də dövlətimiz tərəfindən bu istiqamətdə verilən fərman, qərar və dövlət proqramlarından, bu proqramların icrasından geniş məlumatları şagirdlərin diqqətinə çatdırıblar.
Kəlbəcər RİH Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev çıxış edərək formalaşan gənc nəsli hədəfləyən  "ağ ölüm" kimi təsvir edilən narkomaniyaya qarşı bir vətəndaş olaraq mübariz olmalarından, bu dəhşət saçan bəlanın törədicisi faktorlarından danışıb. Eyni zamanda bildirib  ki, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində yeniyetmə və gənclərlə aparılan iş rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.

Keçidlər