Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq həkim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

28 aprel 2023 | 18:07
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə-müəssisə rəhbərləri, RİH əməkdaşları və Kəlbəcər rayon ictimaiyyəti iştirak edib.Əvvəlcə şəhidlərimizin və akademik Zərifə Əliyevanın ruhu bir dəqiqəlik sükutla yad edililb.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb.Eyni zamanda vurğulayıb ki, Akademik Zərifə Əliyeva milli oftalmologiyanın banisidir. Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür.O təkcə elim xadimi, həkim, akademik olmaqla yanaşı eyni zamanda Ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu.
Daha sonra çıxış edən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ənvər İmaməliyev, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının terapevti Solmaz Şıxlınski, rayon su-kanal idarəsinin müdiri Şaban Qurbanov çıxış edərək, Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Zərifə xanımın ruhunun sönməz işığı və onun əziz xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.Bundan sonrada onun tibb e
Keçidlər