Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda rayon ziyalılarının iştirakı ilə Kəlbəcər rayon İcra Hakimiyyətində görüş keçirilib.

03 mart 2023 | 15:56
Kəlbəcər rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda rayon ziyalılarının iştirakı ilə Kəlbəcər rayon İcra Hakimiyyətində görüş keçirilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib və qarşısına gül dəstələri düzülüb.Daha sonra Dövlət himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, dahi şəxsiyyət, xalqımızın Ümumilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, onun Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz dövləti fəaliyyətindən bəhs edilib.Bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası Kəlbəcər rayonunda uğurla icra ediləcəkdir.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov qeyd edib ki, ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Daha sonra natiqlər, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Elman Möhsumov, Gəncə Dövlət Universitetinin müəllimi Aqrar elmləri üzrə fəlsəfə doktoru Seymur Xəlilov və Gəncə Dövlət Universitetinin müəllimi, kafedra müdirinin müavini-Gülüstan Fərəcova öz çıxışlarında qeyd ediblər ki, Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirdi, Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Məhz bu birliyin sayəsində ölkəmiz 44 günlük Vətən Müharibəsində Zəfər qazanaraq adını qalib xalqlar siyahısına yazdı, müasir hərb tarixində ilklərə imza atdı.Bu gündə, sabahda müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin müəyyənləşdirdiyi düzgün siyasi xətlə, Azərbaycançılıq ideologiyası ilə uğurla inkişaf edərək, Ümumilli Liderin dediyi kimi “Azərbaycan dünyaya günəş kimi doğacaqdır.
Keçidlər