"Heydər Əliyev İli" çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon Gənclər və İdman idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət evinidə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
26 iyun 2023 | 16:58
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəsi Polkovnik-Leytenant Nazim Cələbiyev, Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi veteranları və qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə, Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Hikimət Şahmuradov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin zabiti leytenant Cavid Kazımov çıxış edərək bildirdilər ki, bildirdilər ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir.Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq üç ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramını qürurla qeyd edir. Sonda tədbir iştirakçıları hərbi xidmətə yola düşəcək gəclərə öz xeyir-dualarını verdilər və uğurlu xidmət arzuladılar.