Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı, qurtuluşdan zəfərə” mövzusunda tədbir keçirilib.

22 iyun 2023 | 15:53
Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib, tər gül dəstələri düzüblər. Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən videorolikə baxılıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin xilaskarı kimi ağır bir missiyanı öz üzərinə götürmüş, xalqımızın və dövlətimizin parçalanmaq, yenidən əsarətə düşmək kimi ağır bir vəziyyətdən çıxarmağı bacarmış, güclü, müasir Azərbaycanın möhkəm təməlini qurmuşdu.Bu gün sürətlə inkişaf edən, beynəlxalq aləmdə hörmət və nüfuz sahibi olan, qalib xalq kimi tanınan, siyasi sabitlik adası olan Azərbaycan məhz Ümumilli liderin vaxtında xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyinin bariz nümunəsidir.Bu gün Azərbaycan onun siyasi varisinin rəhbərçilik sükanı altında uğurla inkşaf edir, qarşıya qoyulmuş bütün hədəflərə nail olunur.
Daha sonra çıxış edən natiqlər YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər DAİM-in direktoru Nicat Sadıqov, Kəlbəcər rayon Sukanal İdarəsinin rəisi Şaban Qurbanov, Kəlbəcər RİH başçısının Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Ülvan Əsgərov, GDU-nun müəllimi, kafedra müdirinin müavini Gülüstan Fərəcova, deputat köməkçisi Göyüş Şəfizadə vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarix ölkəmizin inkişafının, dünya birliyinə inteqrasiyasının, beynəlxalq aləmdə layiqli yer tutmasının və qazandığımız tarixi şanlı Zəfərimizin təməli olmuşdur.. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan cənab İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, bu gündə, Azərbaycanın qazandığı bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xətti, onun layiqli siyasi varisi , dövlətimizin başçısı cənab İlham Əliyevin bu siyasəti mahiyyət və keyfiyyətcə müasir dövrün tələblərinə uyğun şəkildə aparması dayanır.
Keçidlər