“Heydər Əliyev İli” ilə əlaqadar, 15 İyun - Milli Qurtuluş gününü münasibəti ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və Azərbaycan İlahiyyat İnstitunun birgə təşkiltaçılığı ilə Azərbaycan İlahiyyat İnstitununda baş tutan tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP İdarə Heyyətinin üzvü Asif Əsgərov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji Planlaşdırma şöbəsinin müdiri, iqtisad elmlər doktoru Aqil Əsədov, tibb elmləri namizədi Nağdəli Zamanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən sənədli filimə baxılıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev
milli dövlətçiliyimizin xilaskarı kimi ağır bir missiyanı öz üzərinə götürmüş, xalqımızın və dövlətimizin parçalanmaq, yenidən əsarətə düşmək kimi ağır bir vəziyyətdən çıxarmağı bacarmış, güclü, müasir Azərbaycanın möhkəm təməlini qurmuşdu.Bu gün sürətlə inkişaf edən, beynəlxalq aləmdə hörmət və nüfuz sahibi olan, qalib xalq kimi tanınan, siyasi sabitlik adası olan Azərbaycan məhz Ümumilli liderin vaxtında xilaskarlıq missiyasını uğurla yerinə yertirdiyinin bariz nümunəsidir.Bu gün Azərbaycan onun siyasi varisinin rəhbərçilik sükanı altında uğurla inkşaf edir, qarşıya qoyulmuş bütün hədəflərə nail olunur.
Daha sonra çıxış edən natiqlər Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP İdarə Heyyətinin üzvü Asif Əsgərov, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji Planlaşdırma şöbəsinin müdiri, iqtisad elmlər doktoru Aqil Əsədov və tibb elmləri namizədi Nağdəli Zamanov vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarix ölkəmizin inkişafının, dünya birliyinə inteqrasiyasının, beynəlxalq aləmdə layiqli yer tutmasının və qazandığımız tarixi şanlı Zəfərimizin təməli olmuşdur.. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan cənab İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, bu gündə, Azərbaycanın qazandığı bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xətti, onun layiqli siyasi varisi , dövlətimizin başçısı cənab İlham Əliyevin bu siyasəti mahiyyət və keyfiyyətcə müasir dövrün tələblərinə uyğun şəkildə aparması dayanır.