Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyevin milli dövlətçilik ideyaları" mövzusunda konfrans keçirilib.

19 aprel 2023 | 16:51
Aprelin 18-də Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı tərəfindən Gəncə şəhərində Kəlbəcər rayon sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbənin Mədəniyyət sarayında “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində “Heydər Əliyevin milli dövlətçilik ideyaları" mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərində yerləşən abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyev şəxsiyyəti və tarixin Azərbaycan xalqına bəxş etdiyi Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. O bildirib ki, müstəqil dövlətin qurucusu olan Ulu Öndərə və onun müəyyənləşdirdiyi siyasətə, əməyinə, zəhmətinə hər bir vətəndaşın hörmət və ehtiram bəsləməsi dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa dəlalət edir. Azərbaycan xalqı Heydər Əliyevin müstəqil dövlətimizin yaranması istiqamətində göstərdiyi fədakar əməyinə, Onun şəxsiyyətinə böyük ehtiram bəsləyir. YAP Heydər Əliyevin yaratdığı siyasi təşkilat olaraq xalqın bu hisslərini ifadə edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur. Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində də, YAP üzvləri Heydər Əliyevin şəxsiyyətinə ehtiramını ifadə edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana sülh, rifah və qələbələr bəxş edən siyasəti haqqında danışıb. Onun Azərbaycançılıq məfkurəsini dövlət ideologiyasına çevirdiyini deyən natiq, bu ideologiyanın bu gün dövlətimizin əsas sütununa çevrildiyinə diqqət çəkib. Natiq onu da vurğulayıb ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır.
Millət vəkili Aqil Məmmədov öz çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün müstəsna xidmətlər göstərib, müasir müstəqil Azərbaycan dövlətini qurub. Bu gün vətəndaşlarımız Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsi, ən əsası torpaqlarımızın işğaldan azad olunması istiqamətində görülən işlərin təməlini qoyan bu dahi insana ehtiram əlaməti olaraq Fəxri xiyabana axın edir, onun əziz xatirəsini uca tutaraq məzarını ziyart edir və hörmətlə yad edirlər. Bu Azərbaycan xalqı üçün bir dəyərdir və Azərbaycan xalqı yaşadıqca bu dəyər də qorunub yaşadılacaqdır.
Çıxış edən Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov Ulu Öndərin dövlətçilik tərbiyəsi istiqamətində gördüyü işlərdən, müasir Azərbaycan vətəndaşının mənəvi tərbiyəsində Ulu Öndərin xidmətlərindən söz açıb. A.Şirinov qey edib ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji Planlaşdırma şöbəsinin müdiri, iqtisad elmlər doktoru Aqil Əsədov bildirdi ki, hər il xalqımız may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu günü böyük fərəh, razılıq və minnətdarlıq hissilə qeyd edir. Bu heç də təsadüfi olmayıb onun Azərbaycan xalqının tarixi taleyində müstəsna rol oynaması, həyat və fəaliyyətinin çoxcəhətliliyi və burada bizim öyrənməli olduğumuz çox müsbət keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır. Məhz Ulu Öndər Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır.
Şəhid ailəsi şair Sönməz Ələkbər Ulu Öndərə həsr etdiyi şeirlərin səsləndirdi qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ona edilən Ata vəsiyyətini yerinə yetirərək Qarabağ torpaqlarının azadlığını Heydər Əliyev ideyalarının məntiqi sonluğu kimi mənalandırmışdır.
Çıxış edən Azərbaycan Dövlət Aqrar universitetinin tələbəsi Aygün Əmrahova bildirmişdir ki, bu gün tam məsuliyyətlə demək olar ki, əgər Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bir dövlət kimi parçalanıb məhv olmaq təhlükəsi reallaşacaq, indiki qüdrətli dövləti olmayacaqdı. Prezident cənab İlham Əliyevin sözləri ilə desək: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”.
Kəlbəcər Rayon İcra Hakimiyyətin başcısı Azər Qocayev isə öz çıxışında Prezident cənab İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi irsinin davam etdirilməsinə diqqət çəkmişdir. O qeyd etmişdir ki, Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsi onun ən layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən şərəf və qürurla davam etdirilir. Biz Vətən müharibəsində qazandığımız böyük Zəfər xəbərinin xalqa çatdırılmasında bunu daha aydın gördük. Biz bildik ki, Ulu Öndərimizin son anında ən böyük vəsiyyəti belə Azərbaycanla, Azərbaycan xalqı ilə bağlı olub. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandanımız cənab İlham Əliyev Şuşa şəhəri işğaldan azad edilən gün qəhrəman xalqımıza söylədiyi “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirmişəm!” sözləri bunun ən bariz isbatıdır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Keçidlər