“İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir” mövzusunda dəyirmi masa keçirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, sektorun əməkdaşları, Kəlbəcər rayon Təhsil sektorunun əməkdaşları və Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, sektorun baş məsləhətçiləri Hikmət Şahmuradov, Faiq Kamranzadə, və Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin tarix müəllimi Kamal Abdullayev çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan huquq və azadlıqlarından,qanunun aliliyinin təmin edilməsindən, vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.






