Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon 92 saylı tam orta məktəbin binasında 9,10,11-ci sinif şagirdləri arasında “Narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

16 may 2022 | 11:36

Tədbirdə Kəlbəcər rayon Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər RPŞ-nin rəis müavini Elşən Quliyev, Kəlbəcər RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla prafilaktik işin təşkili qrupunun inspektoru Elşən Həsənov, Kəlbəcər RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Rafiq Alməmmədov iştirak etmişlər.
   Tədbirdə çıxış edənlər narkomanlığın insan sağlamlığına vurduğu zərər və onun acı nəticələri barədə məlumatlar vermişlər. Eyni zamanda bildirmişlər ki, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində yeniyetmə və gənclərlə aparılan iş rayon İcra Hakimiyyəti tərəfindən  daim nəzarətdə saxlanılır.

Keçidlər