Kəlbəcər rayon İcra Hakimiyətinin başçısı Azər Qacayev mətbuat nümayəndələri ilə görüşüb.
22 iyul 2024 | 16:27
Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 149 illiyi münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin, həmçinin peşə borcunu yerinə yetirərkən şəhid olmuş jurnalistlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon İcra Hakimiyətinin başçısı Azər Qocayev jurnalistləri salamlayıb, bildirib ki, 149 illiyini qeyd etdiyimiz Azərbaycan Mili Mətbuatı yarandığı dövrdə çətinliklərə baxmayaraq zəngin və mənalı inkişaf yolu keçib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi mətbuatın inkişafına yönəlmiş addımlar idi. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mətubat sahəsində uğurlu islahatların aparılması, mətbuat sahəsinə göstərilən dövlət dəstəyi, ölkə başçısının Azərbaycan mətbuatına verilən dəyərin bariz nümunəsidir.Eyni zamanda rayon rəhbəri vurğulayıb ki, Vətən müharibəsində mətubat nümayəndələri öz cəbhələrində ləyaqətlə vuruşaraq düşənin əsassız dezinformasiyalarının qarşısını aldı, müjdəli xəbərləri öz xalqına çatdırdı.Azər Qocayev qeyd edib ki, mətbuatın inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir və peşə bayramları münasibətilə mətbuat nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri imkanlar yaradılmasından, Azərbaycan mətbuatının yüksək dövlət qayğısı ilə əhatə olunması istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsindən söhbət açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə mətbuat nümayəndələrinə Fəxri Fərmanlar təqdim olunub.