Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyəti 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

08 noyabr 2026 | 18:35

Tədbir Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət sektorunun  birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Kəlbəcər rayon İctimai Şuranın sədri Şaban Qurbanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın milli birliyindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyindən danışıb. Qeyd edib ki, qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin gücünün, xalqımızın sarsılmaz iradəsinin və ordumuzun qüdrətinin təntənəsidir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərin və şəhid ailələrinin dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb

Daha sonra çıxış edən şəhid atası Qurban Tağıyev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, İctimai Şuranın sədri Şaban Qurbanov  Zəfər Gününün xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu bildiriblər.

Çıxışlarda qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin, Azərbaycan xalqının həmrəyliyinin və rəşadətli Ordumuzun qəhrəmanlığının məntiqi nəticəsidir. Vurğulanıb ki, xalqımız bu əlamətdar günü ölkəmizin bütün şəhər və rayonlarında, qəsəbə və kəndlərində böyük sevinc və qürur hissi ilə qeyd edir.

Natiqlər, həmçinin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edərək, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiyini və milli birliyimizin ölkəmizin gücünün əsasını təşkil etdiyini diqqətə çatdırıblar

Bayram tədbiri bədii hissə ilə davam edib. Tanınmış müğənnilərin, Kəlbəcər Rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında Zəfər Gününə həsr olunmuş, vətənpərvərlik ruhunu əks etdirən musiqi nömrələri təqdim edilib. Rəngarəng konsert proqramı iştirakçılar və rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Təqdim olunan musiqi və rəqs nömrələri bayram tədbirinə xüsusi coşqu və təntənə qatıb.

Keçidlər