Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev şəhid övladının il mərasimində iştirak edib.
13 may 2026 | 09:10
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun övladı, Səlbi Cəfərlinin il mərasimində iştirak edib, doğmalarına başsağlığı verib.
Qeyd edək şəhidin övladı Səlbi Cəfərli böyrək çatışmamazlığından vəfat edib.Onun atası Azərbaycan Ordusunun polkovnik-leytenantı Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.






