Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Şəhid fidanların anım günündə, Gəncə şəhəri yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidləri abidə kompleksini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.

14 iyul 2022 | 14:27
1989-cu ilin 14 iyulunda erməni millətçiləri və onların havadarları Kəlbəcərdə qanlı cinayət törətmiş, rayon stadionunda 8 körpəni helikopterin pəri ilə doğrayaraq qanlarına qəltan etmişlər.
Hadisə zamanı 7-14 yaşlı 8 Kəlbəcərli uşaq - Anar Qardaşxan oğlu Valehov, Azər Zakir oğlu Orucov, Cahid Telman oğlu İbişov, Bəxtiyar Rəhim oğlu Xəlilov, Natiq Məhəmməd oğlu Əsgərov, Razim Tofiq oğlu Salmanov, Sahib Sultan oğlu Məmmədov və Səxavət Dəmir oğlu Əsgərov faciəvi surətdə həlak olmuşlar.
Şükürlər olsun ki, 44 günlük zəfərlə nəticələnən vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları Fidan Şəhidlərimizində qisasını aldılar.
Bu gün dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə, müharibə veteranlarına möhtərəm prezidentimiz cənab İlham Əliyev və Birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilir.
Keçidlər