Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev və Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Göygöl rayon şəhidlər xiyabanında, Kəlbəcər rayonundan olan şəhid Qabilov İsmayıl Əli oğlunun doğum günü münasibətilə məzarını, Gəncə şəhər, Gülüstan qəsəbəsində isə ailəsini ziyarət ediblər.

16 iyul 2022 | 09:08
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdilər.
Şəhidin ailə üzvüləri göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayon Mozqaraçanlı kəndində anadan olub. İsmayıl Qabilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 4–də nəşi tapılıb. Dekabrın 5-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Qabilov İsmayıl 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.
Uca Allah dövlətimizi qorusun!
Şəhidlərimizin ruhu şad olsun!
Allah Şəhidlərimizin doğmalarına səbr versin!
Keçidlər