Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

24 oktyabr 2024 | 15:27
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbənin ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,RİH-in əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində tədbirlər ilboyu davam edəcəkdir.
Keçidlər