Kəlbəcər rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
10 mart 2023 | 16:46
Kəlbəcər rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində ağacəkmə aksiyası keçirilib və müxtəlif növ ağac tingləri əkilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,rayon ictimaiyyəti, Ərazi Partiya təşkilatlarının sədrləri və fəal partiya üzvləri iştirak ediblər.
Aksiyada Ümumilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açılıb və qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində bu kimi aksiyalar, tədbirlər ilboyu davam edəcəkdir.