Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində iməcilik aksiyası keçirilmişdir.

13 mart 2023 | 15:14
Kəlbəcər rayon əhalisinin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə, rayonun idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə iməcilik həyata keçirilib. Kəlbəcər rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən iməcilik aksiyasında Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər. Kəlbəcər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən iməcilikdə , Kəlbəcər Şəhidlərin Abidə Kompleksi və ətrafı qurumuş otlardan təmizlənib, məişət tullantıları yığılaraq ərazidən kənarlaşdırılıb eyni zamanda həmin ərazidə olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
Qəsəbə daxilində ağacların qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib və ərazidəki ağacların dibi bellənib. Qurumuş ot örtüyü və əraziyə atılmış tullantılar toplanaraq xüsusi maşın vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.Günboyu davam edən iməcilikdə qəsəbədaxili digər təmizlik və abadlıq işləri görülüb.
Keçidlər