Kəlbəcər rayon İcra Hakimiyyətində “Dünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib.
16 mart 2023 | 17:00
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçsının müavini Fərqanə Salmanova, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Səhiyyə Nazirliyinin layihə əlaqələndirmə bürosunun vərəm və HİV üzrə proqramının koordinatoru Nailə Əliyeva, Səhiyyə Nazirliyinin layihə, əlaqələndirmə bürosunun monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Fuad Salmanov, Respublika QİÇS ilə mübarizə mərkəzinin direktoru Famil Məmmədov, Milli Vərəm Proqramının koordinatoru, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Aysel Aslanova, Milli Vərəm Proqramının monitorinq üzrə koordinatoru, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Afaq Hüseynova, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Zaur Hacıməmmədli, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd ediblər.
Daha sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova Dünya Vərəmlə Mübarizə Günü haqqında təqdimatla çıxış edib, digər natiqlər Respublika QİÇS ilə mübarizə mərkəzinin direktoru Famil Məmmədov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Aysel Aslanova, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Heydər Bəylərov və Kəlbəcər rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Ənvər İmaməliyev çıxış edərək vərəm, İİV/QİÇS-in, immunçatışmazlığı virusu, hepatit B və C virus infeksiyalarının yaranma səbəblərindən, onun qarşısının alınması istiqamətində atılan addımlardan, bu sahədə dövlətin apardığı siyasətdən danışaraq, əhali arasında kütləvi maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.
Qeydə edək ki, Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən tibb mətənqəsində rayon sakinləri 16-17 mart tarixlərində, saat 10-dan,17-dək ödənişsiz olaraq immunçatışmazlığı virusu, hepatit B və C virus infeksiyalarına görə müayinə oluna bilərlər.