Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilmişdir.

13 aprel 2023 | 16:44
“Heydər Əliyev İli” ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq təsdiq edilmiş tədbirlər planı çərçivəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı, Milli Məclisin deputatı Aqil Məmmədovun təşəbbüsü ilə Gəncə şəhəri Heydər Əliyev mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə hüquq-mühafizə orqanları, rayon idarə,müəssisə rəhbərləri, RİH əməkdaşları, ziyalılar iştirak etmişdir.
Əvvəlcə Gəncə şəhəri, Heydər Əliyev mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendə baxış keçiriblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlərindən bəhs edərək, Ulu öndərin bütün ömrünü xalqımızın rifahı, onun zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətinə həsr etdiyini vurğulamışdır. H.Misirov Heydər Əliyev ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmiş Yeni Azərbaycan partiyasının xalqın yekdil iradəsinin ifadəsi olaraq tarixi zərurətdən yarandığını, partiyanın bütün dünya azərbaycanlılarının lideri, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşərək təşəkkül tapdığını və ölkənin ictimai-siyasi həyatında indiki mövqeyini tutduğunu qeyd etmişdir.
Milli Məclisin deputatı Aqil Məmmədov Ulu Öndərin adının xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edildiyini bildirib. Müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ümummilli Liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Ulu Öndərin anadan olmasının 100 illiyinin milli tariximizdə misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevin xüsusi Sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ümummilli Liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşən rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycanın milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşadığını vurğulamışdır.
Azərbaycan Dövlət Aqrar Universtetinin professoru Elman Mövsümov, Gəncə Dövlət Universtetinin müəllimi Gülüstan Fərəcova çıxış edərək Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizin tarixində Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, görkəmli dövlət xadiminin siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutduğundan bəhs etmişlər. Bildirmişlər ki, gələcək nəsillər də dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirmişdir ki,Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxaran, onun mövcudluğunu əbədi edən, qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunan dahi lider, ideal rəhbər, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlət başçısının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı xalqımızın Ulu Öndərinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, eyni zamanda milli qürur və iftixar mənbəyimiz olan Dahi Liderin zəngin və çoxşaxəli siyasi irsini yenidən öyrənmək, tədqiq etmək istəyənlər üçün böyük əhəmiyyətə malikdir. Ümummilli Liderin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam və inkişaf etdirir. Ən böyük uğurlarımızdan biri Ulu Öndərin yaratdığı möhtəşəm əsaslar üzərində onun Qarabağın xilas edilməsi arzusunun gerçəkləşməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdir.
Ölkəmiz Prezident cənab İlham Əliyevin liderliyi ilə sosial-iqtisadi göstəricilərinə görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Əminliklə deyə bilərik ki, Heydər Əliyev yoluna sədaqət, bu yoldan dönməzlik Azərbaycanı daha böyük uğurlara, nailiyyətlərə aparacaqdır. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, sadəcə, Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın tarixinə mühüm hadisələrlə, yeni qələbə və nailiyyətlərlə dolu bir il kimi yazılacaq.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin Kəlbəcər və Kəlbəcərlilər haqqında söylədiyi fikirlərini əks etdirən videoçarx nümayiş olunub
Keçidlər