Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədovanın sədrliyi ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədovanın sədrliyi ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə İcra Hakimiyyəti başçısı aparatının aidiyyəti şöbələrinin işçiləri iştirak ediblər. Təlim Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə keçirilib. Təlimi giriş sözü ilə ilə açan F. Əhmədova çıxışında, bu gün sürətlə inkişaf edən Azərbaycan Respublikasının beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsinin ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başladığını qeyd edib.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin bu islahatları qətiyyətlə və uğurla davam etdirməsi sayəsində ölkəmizin qüdrəti günü-gündən artmaqdadır. Bu gün tam əminliklə deyə bilərik ki, artıq Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulmuşdur. Vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılmış, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilmişdir. Eyni zamanda təlim iştirak edən işçilərə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin hansı formada həyata keçirilməsi, bu qiymətləndirilmənin nəticələrinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə ətraflı məlumat verilib.
Həmçinin təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb edilən təlimlərlə bağlı praktik tapşırıqlar yerinə yetirilib.