Kəlbəcər rayon İcra Hakimiyyətinin başçıs Azər Qocayev Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayonu üzrə nümayəndəsi Akif Bayramovu qəbul edib.
22 may 2026 | 10:38
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçıs Azər Qocayev Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayonu üzrə nümayəndəsi Akif Bayramovu qəbul edib.Yeni təyinat münasibəti ilə Akif Bayramovu təbrik edərək, nümayəndəliyin işinə uğurlar arzulayıb, fəaliyyət istiqaməti üzrə lazimi tövsiyə və tapşırıqlarını verib.
Akif Bayramov ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, İcmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.






