Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nü şəhid övladları ilə birgə qeyd edib.

01 iyun 2023 | 13:19
“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsində şəhid olan şəhidlərimizin övladlarını qəbul edib, onları bayram münasibəti ilə təbrik edib. “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ndən bəhs edən rayon rəhbəri qeyd edib ki, ölkəmizdə də uşaqlara dövlət qayğısı əsas prioritet məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Eyni zamanda şəhid övladlarına dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir.Şəhid ailələri onların övladları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Daha sonra rayon rəhbəri uşaqlarla səmimi söhbət əsasında onların atalarının göstəridiyi misilsiz qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən söz açıb və vurğulayıb ki, nə qədər Azərbaycan var, onların ataları hər zaman xalqımız tərəfindən xatırlanacaq, ehtiram göstəriləcəkdir. Şəhid övladları onların bizlərə ən dəyərli əmanətidir və bizlər də bu əmanətə ən yüksək səviyyədə sahib çıxmağa borcluyuq.
Şəhid övladlarını təbrik edən RİH başçısı Azər Qocayev onları bir daha bayram münasibəti ilə təbrik etmiş, onların simasında bütün uşaqlara xoşbəxt, firavan gələcək arzulamışdır.
Sonda şəhid övladları Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən diplomla təltif edilmiş və maddi yardım göstərilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Keçidlər