Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən müharibəsi qazisi Xəyyam Fətəliyevi evində ziyarət edib.

27 sentyabr 2023 | 15:04
Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev,Kəlbəcər rayon Polis şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, Kəlbəcər rayon Prokurorunun böyük köməkçisi İslam Mahmudlu iştirak edib.Rayon rəhbəri qazinin səhhəti və ailə durumu ilə maraqlanıb və bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə nail oldu. Vətən müharibəsindən sonra, 24 saatlıq antiterror əməliyatında düşmən diz çökdürülərək ağ bayraq qaldırmağa məcbur edildi.Vətənimizin ərazi bütövlüyü uğurunda həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Qazi Xəyyam Fətəliyev qeyd edib ki, onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetiriblər. Bununla belə Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc və stimul verib: “Arxa cəbhənin dəstəyi biz hərbiçiləri döyüşə daha çox sövq edirdi. Bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bir yumruq halında birləşə bilir: “Biz döyüşdə olarkən həm dövlətin, həm də xalqın dəstəyini hiss edirdik. Ordunun təminatı yüksək səviyyədə idi, bununla belə arxa cəbhədən də bizə xeyli sovqat gəlirdi. Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqı da bu qələbənin qazanılmasında əsas pay sahibidir”.
Azər Qocayev bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Qazi Xəyyam Fətəliyev onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Qeyd edək ki, döyüşlərdə göstədikləri şücaətə görə cənab prezident İlham Əliyevin müvafiq sərəncamlari ilə Qazi Xəyyam Fətəliyev “Suqovuşanın azad olunmasına görə” ,“Cəsur döyüşçü” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Keçidlər