Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib.

30 dekabr 2025 | 17:05
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bayram təbriki.
Əziz kəlbəcərlilər!
Artıq 2025-ci ilin son günlərini yaşayırıq, qarşıdan isə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Əlamətdar bayramlar münasibətilə əlli milyondan çox azərbaycanlılarımızı, rayonumuzun bütün sakinlərini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtliklə zəngin, bol ruzili il olmasını arzu edirəm.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük çoşqu ilə qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki sarsılmaz Vətən sevgisini, milli köklərinə bağlılığı, harada olmaqlarından asılı olmayaraq ürəklərinin Azərbaycanla döyünməsini özündə əks etdirir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qərarın qəbul edilməsi, daha sonra bu bayramın bütün respublika ərazisində qeyd edilməsi dünya azərbaycanlılarının ümummilli ideya və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesinə təkan verdi.
Geridə qoyduğumuz 2025-ci il xalqımız, ölkəmiz üçün uğurlu və məhsuldar bir il olaraq yadda qalmışdır.2025-ci il hər bir kərbəcəli üçün xüsusi əhəmiyyət daşıyan bir il oldu, avqust ayının 21-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdü.Bu kəlbəcərlilərin otuz ildən çox gözlədikləri arzularının, dualarının reallaşdığı gün idi.
Əziz kəlbəcərlilər!
Əminəm ki, kəlbəcərlilər həmişə olduğu kimi bundan sonra da ölkəmizin və rayonumuzun ictimai-siyasi həyatında fəal rol oynayacaq, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə əməli fəaliyyətləri ilə yeni töhfələr verəcək, Qarabağımızın, Kəlbəcərimizin memarı və qurucusu olan Möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyəcəkdir. 2026-ci il Dövlətimizin Başçısının rəhbərliyi ilə rayonumuzda quruculuq, abadlıq, tərəqqi ili olacaq.
Əziz kəlbəcərlilər. Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə bir daha ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxt həyat, dövlətimizə, xalqımıza sülh və əmin-amanlıq arzu edirəm.
Bayramımız mübarək!
Hörmətlə,
Azər Qocayev
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı
Keçidlər