Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, 43 il dövlət qulluğunda fasiləsiz xidmət etmiş, Kəlbəcər RİH-in şöbə müdiri Muxtarov Mahir Cəfərqulu oğlunu dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə və təqaüdə çıxması münasibəti ilə qəbul edib.
21 fevral 2023 | 10:44
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsinin müdiri Muxtarov Mahir Cəfərqulu oğlunu dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə və təqaüdə çıxması münasibəti ilə qəbul edib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və RİH-in kollektivi iştirak etmişdir. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Mahir Muxtarov 43 il dövlət qulluğunda fasiləsiz olaraq, qüsursuz xidmət etmiş və onun xidməti dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 22 iyun 2006-cı il tarixində “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif edilib.O cümlədən, Kəlbəcər rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi tərəfindən hər zaman Mahir Muxtarovun əməyi yüksək qiymətləndirilmişdir.Mahir Muxtarov öz davranışı, işə məsuliyyəti, dövlətinə və xalqına sədaqəti ilə hər zaman kollektivin hörmətini qazanmış, gənclərimiz onun bilik bacarığından, təcrübəsindən bəhrələnmişdir.Rayon rəhbəri Mahir Muxtarova bundan sonrakı şəxsi həyatında uğurlar arzulamış və qeyd etmişdir ki, Kəlbəcərin yenidən qurulmasında onun kimi ziyalılarımızın təcrübəsinə böyük ehtiyacı vardır.Bundan sonrada Mahir müəllimin zəngin həyat təcrübəsindən faydalanacağıq.
Kollektivdə Mahir Muxtarovu təqaüdə çıxması münasibəti ilə təbrik etmiş, ona möhkəm cansağlığı, şəxsi həyatında uğurlar arzulamışdır.
Mahir Muxtarov ona göstərilən hörmət və ehtirama görə rayon rəhbərliyinə, kollektivə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bundan sonrada dövlətimiz,xalqımız və rayonumuz üçün əlindən gələni əsrgəməyəcəkdir.
Tədbrin sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev uzun müddət səmərəli fəaliyyətinə, dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə və təqaüdə çıxması münasibətilə Mahir Muxtarovu Fəxri Fərmanla təltif etdi.