Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Musayev Vüsal Eldar oğlunun ildönümündə iştirak edib.

07 yanvar 2023 | 13:26
Şəhidin ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
RİH-nin başçısı Azər Qocayev şəhid Musayev Vüsalın ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Keçidlər