Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 9 May – Faşizm üzərində Qələbə Günü ərəfəsində şəhid Abdullayev Həsən Aydın oğlunun ailəsini ziyarət edib.

09 may 2025 | 10:29
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid Abdullayev Həsən Aydın oğlunun ailəsini ziyarət edib.Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, Ümumilli Lider Heydər Əliyevin və onun layiqli siyasi varisi, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı, uzaqgörən, məqsədyönlü daxili və xarici siyasəti hər gün bir addımda bizi qələbəyə yaxınlaşdırdı.Və nəhayyət həmin an gəldi, yetişdi. 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşməni məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Məhz Aydın kimi qəhrəman oğullarımızın sayəsində ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız azad səmamızda qürurla dalğalanır.
Mənfur düşmənin xalqımıza qarşı etdiyi heç bir qanlı cinayyət unudulmamalıdır. Bu gün Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandan, Qarabağımızın memarı cənab İlham Əliyev tərəfindən yenidən qurulur, rayon sakinlərinin öz doğma yurdlarına tez bir zamanda qayıtması üçün bütün zəruri addımlar atılır.
Eyni zamanda vurğulanıb ki, şəhid ailələri, qazilər, müharibə veteranları daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin dahada yaxşılaşdırlması istiqamətində tədbirlər davam etdirilir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmayıllı rayonunun Quşencə kəndində yaşamağa başlayıblar. Orta məktəbi İsmayıllı rayonunun Quşencə kəndində oxuyub. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər