Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev və bir qrup qazini qəbul edib.

15 sentyabr 2023 | 18:52
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Kəlbəcər rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların çətinliklərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Görüşdə Kəlbəcər RİH-nin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak edib.
Rayon İcra Hakimiyyətindən başçısı qazilərlə görüş zamanı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərindən söz açıb.Eyni zamanda Vətən müharibəsində Kəlbəcərin igid oğullarının qəhrəmanlıqlarından bəhs edən rayon rəhbəri vurğulayıb ki, şəhid ailələrinə, qazilərə hər zaman dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilib, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən lazimi addımlar atılıb və atılır.
İcra Hakimiyyətinin başçısı qazilərlə görüşün vacibliyini vurğulayaraq qeyd edib ki, birlikdə onları narahat edən məsələlərin həllinə nail olmağa çalışacaqlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev qaziləri narahat edən məsələlər barəsində verilən sualları cavablandırmış və onları narahat edən problemlərin həllinə nail olacağını vurğulamışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev və qazilər onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsi tərəfindən “Fəxri Fərman”la təltif edilib.
Sonda xatirə şəkili çəkilib.
Keçidlər