Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev COP-29-da iştirak edib.

20 noyabr 2024 | 12:19
Azərbaycanda COP29-un keçirilməsi ölkəmiz və dünya üçün mötəbər bir hadisədir. 200 ölkənin yekdil qərarı ilə COP29-a Azərbaycanın ev sahibliyi etməsi, dünyanın bizim ölkəyə qoyduğu hörmətin və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.Təbii ki, bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və düzgün düşünülmüş uzaqgörən siyasətinin nəticəsində mümkün olmuşdur.
COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
Dünyada ikili standartlarla çalışan dövlətlər və onların təsiri altına düşən qüvvələr Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevirdilər və qarayaxma kampaniyasına başladılar. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giridiklərinin şahidi olduq.
Azərbaycanda COP29-un yüksək səviyyədə təşili və dünyanın xilası naminə səsləndirlilən yüksək fikirlər, atılan əməli addımlar mənfur dairələrin arzularını ürəyində qoydu.Onlara ən yaxşı cavab isə dünyanı heyrətləndirən liderdən, Prezident İlham Əliyevdən gəldi” Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
COP-29 öz işini uğurla davam etdirir.Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə 20 noyabr tarixində şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nazirlər görüşü keçirilib. İclasda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdə iştirak edib.
Keçidlər