Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Faiq Mehdiyevə təqdim edib.

06 noyabr 2023 | 18:25
“23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı” münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.Cənab Prezidentin 22 iyun 2023-cü il tarixli, 3938 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdri Mehdiyev Faiq Fərman oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən medal Faiq Mehdiyevə təqdim edilib, dövlətimizj başçısı cənab İlham Əliyevin Dövlət qulluğu sahəsində apardığı uğurlu islahatlardan söz açıb.Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev özü və kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kəlbəcər rayon İcra Hakimiyyətinə göstərdiyi yüksək etimad və dəyərə görə minnətdarlığını bildirib.
Faiq Mehdiyev yüksək ali dəyərə görə dövlətimizin başçısı cənab İlham Əliyevə özü və ailəsi adında minnətdar olduqlarını ifadə edərək, bundan sonra dahada məsuliyyətlə çalışacağını vurğulayıb.
Mehdiyev Faiq Fərman oğlunu yüksək təltifə görə təbrik edir, şəxsi və iş həyatında uğurlar arzulayırıq.
Keçidlər