Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, İlham Fərzəliyevin il mərasimində ailəsini ziyarət edib.

19 iyun 2022 | 16:52

Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və  İlham Fərzəliyevin ailə üzvləri iştirak edib.
İldönümündə, Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan o cümlədən mərhum kapitan İlham Fərzəliyevdən bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, İlham Fərzəliyev kimi minlərlə vətən övladının bizlərə əmanət qoyduğu doğmaları Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur və daima dövlət başçımızın xüsusi diqqət mərkəzindədir.
Qeyd edək ki. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı,mərhum kapitan Fərzəliyev İlham Allahverdi oğlu “Kəlbəcərin azad olunmasına görə”  medalı ilə təltif edilib.

Keçidlər