Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcərdə minaya düşərək xəsarət alan Vüqar İsbəndiyarovu ziyarət edib.

30 iyul 2022 | 18:36
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. RİH başçısı hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Xəstəxananın rəhbəri hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildirib. Azər Qocayev yaralıya şəfa diləyib, bildirib ki, bütün imkanları ilə onun yanındadır.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovkin Vüqar İsbəndiyarov bir neçə gün əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşüb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib və ona lazımi tibbi yardım göstərilib. Vüqar İsbəndiyarovun müalicəsi hazırda Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam edir.
Keçidlər