Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev lokal antiterror əməliyatı zamanı şəhid olan Mehtiyev Şəhriyar Mübariz oğlunun ailəsini ziyarət edib.

02 may 2024 | 13:41
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı şəhid olan Mehtiyev Şəhriyar Mübariz oğlunun ailəsini ziyarət edib.
Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmən məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Bu gün Şəhriyari kimi şəhidlərimizin, hesabına müqəddəs Azərbaycan bayrağı bütöv Azərbaycanın səmasında qürurla dalğalanır.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər