Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev lokal antiterror əməliyatı zamanı şəhid olan Orucov Dağbəyi Sabay oğlunun ailəsini ziyarət edib.

25 aprel 2024 | 12:58
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov,Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı şəhid olan Orucov Dağbəyi Sabay oğlunun ailəsini ziyarət edib.
Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük sücaət nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmənin onurğa sütununu məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Bu gün Dağbəyi kimi şəhidlərimizin, hesabına müqəddəs Azərbaycan bayrağı bütöv Azərbaycanın səmasında qürurla dalğalanır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov vurğulayıb ki, bu gün Azərbaycanda vətənpərvər gənclik yetişir.Onlar sevərək vətənin müdafiəsinə yollanırlar.Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır.Vətən müharibəsi və lokal antiterror əməliyatlarında biz buna şahid olduq.
Şəhidin atası Sabay Orucov oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər