Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev lokal antiterror əməliyatı zamanı şəhid olan Salmanov Elçin Habil oğlunun ailəsini ziyarət edib.

24 aprel 2024 | 13:53

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Zöhrab Camalov,Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı şəhid olan Salmanov Elçin Habil oğlunun ailəsini ziyarət edib.

Söhbət zamanı rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, anterror əməliyyatının ilk saatlarında Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini 24 saatdan az bir vaxta məğlub edərək, ağ bayraq qaldırmağa məcbur etmişdir. Məhz həmin hərbi əməliyyatın nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, üç rəngli şanlı Azərbaycan bayrağı Xankəndində, Xocalıda Ağdərədə, Əsgəranda dalğalanır.Eyni zamanda vurğulanıb ki, Azərbaycan artıq təkcə hərbi sahədə deyil, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov vurğulayıb ki, bu gün Azərbaycan gənci sevərək vətənin müdafiəsinə yollanır.Müzəffər Ali Baş Komandan tərəfindən ordunu maddi və texniki bazası müasir standartlara cavab verən silah və sursatlarla zənginləşdirilir.Ordunun ruh yüksəkliyi, mənəvi-psixoloji vəziyyəti daima diqqət mərkəzində saxlanılır.Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır.Vətən müharibəsi və lokal antiterror əməliyatı bunun bariz nümunəsidir.

Şəhidin ailə üzvləri bir oğlunun vətən uğrunda qurban verdiyini, digər oğlunun əməliyyatlar zamanı yaralandığını qeyd edərək, övladları ilə fəxr etdiyini, qürur duyduğunu bildirib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər