Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev lokal antiterror əməliyatı zamanı yaralanan Salmanov İlkin Habil oğlunu ziyarət edib.

18 oktyabr 2023 | 16:49
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı yaralanan Salmanov İlkin Habil oğlunu ziyarət ediblər.
Söhbət zamanı rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, anterror əməliyyatının ilk saatlarında Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini 24 saatdan az bir vaxta məğlub edərək, ağ bayraq qaldırmağa məcbur etmişdir. Məhz həmin hərbi əməliyyatın nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, üç rəngli şanlı Azərbaycan bayrağı Xankəndində, Xocalıda Ağdərədə, Əsgəranda dalğalanır.Eyni zamanda vurğulanıb ki, Azərbaycan artıq təkcə hərbi sahədə deyil, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.
Rəsmilər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgər və hərbiçiləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, yaralı hərbiçimizə tezliklə sağalıb evinə və xidməti yerinə dönmələrini arzulayıblar.
Qeyd edək, yaralı hərbiçimizin qardaşı Salmanov Elçin Habil oğlu antiterror əməliyatı zamanı qəhrəmancasına şəhid olub.Rayon rəhbəri və digər ziyarətə gəlmiş rəsmi şəxslər yaralı hərbiçiyə və onun ailəsinə baş sağlığı verib, doğmalarına səbr diləyiblər.
İlkin Salmanov Azərbaycanın ərazi bütövlüyünün tam bərpası uğrunda gedən döyüşlərdə qardaşı və silah yoldaşlarının böyük əzm və qətiyyət nümayiş etdirdiyini, qardaşının və şəhidlərimizin qisasının alındığını bildirərək bundan sonra da Ali Baş Komandanın yanında olacağını dilə gətirib.
İlkin Salmanovun atası bir oğlunun vətən uğrunda qurban verdiyini, digər oğlunun yaralı olduğunu qeyd edərək, övladları ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Keçidlər