Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Salmanov Elçin Habil oğlunun adını daşıyan sinifdə olub.

03 oktyabr 2025 | 17:04
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax şəhəri, məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə səyyar qəbulda olarkən, lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Salmanov Elçin Habil oğlunun adını daşıyan sinifdə olub.Şəhidin şəxsi əşyaları ilə tanış olub.Sinif otağında təhsil alan şagirdlərə Şanlı Zəfər tarixmizdən söz açıb, bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu rəşadət göstərmiş, şəhidlərimiz qəhrəmanlıqla döyüş meydanına atılaraq düşmənə sarsıdıcı zərbə vurmuşdur.Məhz buna görə də, müqəddəs Azərbaycan bayrağı bütöv Azərbaycan səmasında dalğalanır. Şəhidlərimizin əziz xatirəsini hər zaman yaşatmaq,öyrətmək, ölkəmizi çiçəkləndirmək gənclərin mənəvi və vətəndaşlıq borcudur.Bunun üçün isə yaxşı təhsil alıb, ixtisaslı kadr olmaq lazımdır.
Daha sonra şəhid Salmanov Elçin Habil oğlunun anası Gülnarə Salmanova onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər