Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev lokal antiterror əməliyyatları zamanı yaralanan kəlbəcərli hərbi qulluqçu, rayonun Qaraçanlı kənd sakini Bayramov İmran Rəhman oğlunu evində ziyarət edib.

19 oktyabr 2023 | 10:02
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və RİH-in məsul əməkdaşları ilə birlikdə lokal antiterror əməliyyatları zamanı yaralanan kəlbəcərli hərbi qulluqçu, rayonun Qaraçanlı kənd sakini Bayramov İmran Rəhman oğlunu evində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, yaralımıza Allahdan şəfa diləyib.
Rayon rəhbəri bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
Yaralı hərbiçimizin ailəsi övladlarının müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər